Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda “Atəşgah Sığorta” şirkətindən narazılıq olunub

14:37 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 15:29 ]

“Bu şirkət agentlərə işləməyə imkan vermir”

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu” zamanı bir neçə sığorta agenti “Atəşgah Sığorta” şirkətindən narazılığını ifadə edib.

 

APA-Economics” xəbər verir ki, forumda çıxış edən bəzi agentlər “Atəşgah Sığorta” şirkətini haqsız rəqabətdə günahlandırıb. Agentlərin sözlərinə görə, onların müştəri portfelləri bir şəxs tərəfindən adıçəkilən şirkətə ötürülür. Qeyd olunub ki, hansısa yollarla digər sığorta şirkətlərinin müştərilərinin əlaqə vasitələri “Atəşgah Sığorta” şirkətinə ötürülür. Bundan sonra yeni sığorta müqaviləsinin bağlanılma vaxtı çatdıqda, müştəriyə köhnə şirkət deyil, “Atəşgah Sığorta”dan zəng olunur və bu şirkətin xidmətləri təklif edilir.

 

“Bu şirkət agentlərə işləməyə imkan vermir. Yol verilən hərəkət haqsız rəqabət əlamətidir”, - deyə agentlərdən biri bildirib.

 

Agentin çıxışı forum iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

“AXA Mbask” Yevlax rayon üzrə agenti Qalib Qurbanov da analoji problemlə üzləşdiyini deyib. Q. Qurbanovun sözlərinə görə, o, bu cür addımlar atan “Atəşgah Sığorta” şirkətinin əməkdaşları ilə telefonla danışıb və danışıq nəticəsində belə bir nəticəyə gəlib ki, başqa şirkətlərin müştərilərinin mobil telefonları “Atəşgah Sığorta”ya  İcbari Sığorta Bürosu tərəfindən ötürülür.

 

İttihamlara cavab verən İcbari Sığorta Bürosunun rəsmisi isə bildirib ki, deyilənlər əsassızdır: “Bir şirkətin müştəri bazasının digər bir şirkətin əlinə keçməsi sığorta agentinin işlədiyi sığorta şirkətini dəyişməsi ilə və bir neçə şirkətlə işləməsi ilə bağlı ola bilər”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR