Yunan-Roma güləşçilərimizin təlim-məşq toplanışına gürcülər də qatılıb

Yunan-Roma güləşçilərimizin təlim-məşq toplanışına gürcülər də qatılıb
15:08 9 Yanvar 2015
167 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimizin ilin ilk təlim-məşq toplanışına Gürcüstan güləşçiləri də qatılıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışındadırlar.

Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

Qonşu Gürcüstanın yunan-Roma güləşi yığmasından 5 aparıcı güləşçinin də qatıldığı təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək Qran-Pri turnirində ilin ilk sınağına çıxacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2351440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR