Azərbaycanda institutlardan birində ciddi maliyyə pozuntuları aşkarlanıb

15:42 6 Aprel 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Hesabata əsasən, institutda auditin əhatə olunduğu dövrdə ümumilikdə 23 ştat vahidi artıq saxlanılmaqla onlara əmək haqqı ödənildiyi, "Ştatda olan işçilərin əmək haqqı" paraqrafına əmək haqqı üzrə yaranan qənaət məbləği hesabına nəzərdə tutulmayan əlavə, işçilər sanatoriya və kurort müalicəsində olduqları dövrdə, həmçinin elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasının tələblərinə düzgün əməl edilməməsi nəticəsində artıq əmək haqqı ödənildiyi müəyyən edilib.
Həmçinin, keçən il ərzində malların (işlərin və xidmətlərin) satınalınması zamanı bir sıra hallarda qanunvericilik aktlarının tələblərinə əməl edilmədiyi, malların satınalınmasının açıq tender üsulu ilə keçirilməyərək ayrı-ayrı müqavilələrə bölünməklə satınalma metodunun dəyişdirildiyi, dəftərxana ləvazimatları, inventar və avadanlıqların baha qiymətə alındığı, əsaslı təmir işləri üçün artıq vəsait xərcləndiyi, anbarda maddi məsul şəxsin öhdəsində aktivlərin çatışmazlığı, beynəlxalq tədbirlərin keçirilməsi rəsmiləşdirilərkən müvafiq qaydalara riayət edilməyərək təsdiq olunan normalardan artıq tərcümə xidmətləri və yemək xərcləri, həmçinin yerinə yetirilməsi rəsmiləşdirilmiş əsaslı təmir işlərinin seçmə üsul ilə nəzarət ölçü qaydasında araşdırılması zamanı işlər faktiki yerinə yetirilmədiyi halda, iş həcmləri artırılaraq podratçılara artıq büdcə vəsaiti ödənildiyi müəyyən olunub.
Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/institutlardan-birinde-ciddi-maliyye-pozuntulari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR