Azərbaycan Turizm və Menecment Universiteti Türkiyə universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15:43 6 Aprel 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru, professor Durmuş Dəvəçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, xarici əlaqələri və tədris prosesi barədə qonaqlara məlumat verib.
Professor D.Dəvəçi təmsil etdiyi təhsil ocağının hədəflərindən danışıb.
Tədbirdə Mövlanə Mübadilə Proqramı çərçivəsində iki ali təhsil ocağı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi C.Cəfərov və D.Dəvəçi imzalayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universiteti_Turkiye_universiteti_ile_emekdasliq_muqavilesi_imzalayib-843877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR