Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kuboku yarışında bürünc medal qazanıb

Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kuboku yarışında bürünc medal qazanıb
15:48 6 Aprel 2015
166 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan gimnastı Rumıniyada başa çatan bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsində bürünc medal qazanıb.
Dörd finalın hamısına vəsiqə alan Azərbaycan yığmasının lideri Marina Durunda lentlə hərəkətlərə görə bürünc medala sahib olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan gimnastı top və halqa ilə hərəkətlərə görə dördüncü yeri tutub, dörd çıxışın yekununa görə isə beşinci yerdə qərarlaşıb. Gürz və lentlə hərəkətlərdə finala çıxan Gülsüm Şəfizadə isə mükafata layiq yerlərin bir addımlığında dayanıb.
Rumıniya paytaxtında Dünya Kuboku yarışının növbəti mərhələsinə paralel olaraq beynəlxalq turnir keçirilib. Bu turnirdə Azərbaycan gimnastları Ayşən Bayramova və Jalə Piriyeva fərqləniblər.
Çoxnövçülükdə üçüncü yeri tutan, halqa və gürzlə hərəkətlərə görə iki gümüş medal qazanan senyorka Ayşən Bayramova yüksək nəticə göstərib. Jalə Piriyeva yuniorkalar arasında dörd hərəkətin yekunlarına görə ikinci olub, habelə halqa ilə finalda ən yaxşı nəticə göstərib. Bundan əlavə, onun hesabında iki gümüş (top, ip) və bir bürünc (gürz) medal var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_gimnasti_bedii_gimnastika_uzre_Dunya_Kuboku_yarisinda_burunc_medal_qazanib-843879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR