Prezident Ciddədə İslam İnkişaf Bankı Qrupunun rəhbəri ilə görüşüb

Prezident Ciddədə İslam İnkişaf Bankı Qrupunun rəhbəri ilə görüşüb
15:54 6 Aprel 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb.

 

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib.

 

Söhbət əsnasında son 10 ildə İslam İnkişaf Bankı ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirilib, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyi vurğulanıb. Həmçinin Azərbaycanla İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.


Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəfdaşların da cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR