Göyçay sakini həmyerlisini bıçaqlayıb

15:12 9 Yanvar 2015
277 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:07 ]


Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə rayonun Qarabağlar kəndində çayxanada qeydə alınıb.

 

Kənd sakini, 1965-ci il təvəllüdlü Dəmirov Kamal Məsum oğlu ilə qonşu stolda dostları ilə çay içən həmkəndlisi, 1994-cü il təvəllüdlü Qasımov Tehran Müşfiq oğlu arasında mübahisə yaranıb.

 

Mübahisə zamanı K. Dəmirov T. Qasımovu bıçaqlayıb.

 

Yaralı Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

K. Dəmirov tutularaq istintaqa təhvil verilib.

 

Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR