“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransı

16:03 6 Aprel 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransı keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, konfrans Azərbaycanın ilk peşəkar arxeoloqu və muzeyşünası Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr edilib.
Konfransda 50-dək tarixçi alimin, muzeyşünas və elmi işçiin məruzələri dinləniləcək. Məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik, tarixi silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikası sahələrinə həsr olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_tarixinin_oyrenilmesinde_muzeylerin_rolu_V_Respublika_elmi_konfransi-843885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR