Lənkəranda narlotik əməliyyatı

Lənkəranda narlotik əməliyyatı
15:12 9 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az CTV-yə (Region tv-yə) istinadən bildirir ki, Lənkəran polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşi növbəti uğurlu əməliyyatini keçirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Xaqani Novruzəli oğlu Qubadov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki düyü kisəsinin içərisindən 806,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 298,653 qram çəkidə tiryək, cibindən isə 1,7 qram çəkidə qurudulmuş marixuana maddəsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hazırda polis Xaqani Qubadovun narkotik vasitəni kimlərdən alması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR