2016-2020-ci illər “Azərbaycan gəncliyi” Dövlət Proqramı ilə bağlı təkliflər ümumiləşdirmə mərhələsindəndir

16:12 6 Aprel 2015
302 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 16:06 ]


Bakı. Fərid Mirzəyev – APA. “Bu həftənin sonunda 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanması ilə bağlı irəli sürülən təkliflərin ümumiləşdirilməsi aparılacaq”.

Bu sözləri APA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. S. Məmmədova bildirib ki, 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında UNİCEF də iştirak edib: “Ötən il dekabrın 15-dən bu il fevralın 15-dək nazirliyin saytında fəal gənclər, gənclərin qeyri-hökumət təşkilatları Dövlət Proqramı ilə bağlı təkliflərini göndərməyə dəvət edilib. Təkliflərin hazırlanmasında Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gənclər və idman idarələri, əməkdaşlıq etdiyimiz gənclərin qeyri-hökumət təşkilatları, habelə UNİCEF işləyib. Digər dövlət qurumlarının da bu işdə əməyi var. Bu həftənin sonunda artıq təkliflərin ümumiləşdirmə mərhələsi olacaq. Gələn həftə demək olar ki, Dövlət Proqramında hansı təkliflərin öz əksini tapacağı məlum olacaq”.

Qeyd edək ki, 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramı prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR