İrəvana ikinci zərbə

İrəvana ikinci zərbə
16:16 6 Aprel 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

İlin əvvəlindən Avrasiya İttifaqına girməklə iqtisadi müstəqilliyini itirmiş Ermənistan biznesi Rusiyadan ikinci zərbəsini alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Akop Badalyan Ermənistanın Avrasiya İttifaqına girməsi ilə bağlı bu gün yazdığı məqaləsində bildirir. Şərhçi Avrasiya İttifaqına girdikdən sonra Ermənistandan Rusiyaya ixracın 100% azalmasını İrəvana tuşlanan ikinci zərbə adlandırıb.

Şərhçi hərbi məsələyə də toxunub və Dağlıq Qarabağı işğal etməklə özünü Azərbaycanla müharibə vəziyyətinə salmış Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən müdafiə olunacağına şübhə ilə yanaşır.

“İri miqyaslı müharibə olmalıdır ki, ermənilər strateji müttəfiqləri Rusiya tərəfindən necə “müdafiə olunacaqlarını” gözləri ilə görsünlər”, - deyə şərhçi istehza ilə bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR