Saatlıda bələdiyyə nümayəndələri üçün seminar keçirilib

16:18 6 Aprel 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Saatlı, 6 aprel, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə Saatlı şəhərində bələdiyyə nümayəndələri üçün növbəti seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin məsul əməkdaşlarının da iştirak etdiyi seminarda çıxış edən İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan “Maliyyə hesabatlarının mühasibat uçotu standartlarına uyğun hazırlanması”, “Kənd təsərrüfatı torpaqların təyinatı üzrə istifadəsi” və “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda İmişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saatlida_belediyye_numayendeleri_uchun_seminar_kechirilib-843894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR