Ciddədə mühüm qəbul (FOTO)

Ciddədə mühüm qəbul (FOTO)
16:21 6 Aprel 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Son on ildə Bank ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra edildiyi, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyi bildirilib.

Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəfdaşların da cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR