ANAMA 100-dən çox polisə kurs keçib

16:22 6 Aprel 2015
56 Sosial
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 16:15 ]


Bakı. Ağa Cəfərli - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 2014-cü ilin dekabr ayından başlayan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit heyəti üçün Beynəlxalq və Milli Mina Aksiyası Standartları əsasında təlim kursları davam edir.

 

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq 100 nəfər polis və hərbi qulluqçu təlimlərdə iştirak edib.

 

Azərbaycanda hərbi mühəndis istehkam imkanlarının olmasına baxmayaraq, ANAMA tərəfindən keçirilən təlimlərdə Birləşmiş Millətlər Təşkilatının tələblərinə cavab verən humanitar bilik və bacarıqları tədris olunur. DİN üçün keçirilən təlimlər təhlükəsizlik və texniki standartlar, yer minaları, xüsusi partlayıcı qurğular, partlamamış və tərk olunmuş hərbi sursatlar, əl qumbaraları, artilleriya və minaatan mərmiləri, raketlər, kasset (səpmə) sursatlar, əldədüzəlmə partlayıcı tələlər, improvizə edilmiş qurğular, rabitə, maqnetik lokator və mina detektorlarından istifadə qaydaları, əllə minaaxtarma üsulları, tədqiqat növləri ilə tanışlıq, mina təhlükəsi üzrə maarifləndirmə, naviqasiya, yolların təmizlənməsi, binalara və avtomaşınlara girişin məsafədən açılması, zərərçəkənin evakuasiyası, naqilsiz təlim minalarının istifadəsi ilə praktiki minaaxtama məşqləri, ərazinin vizual axtarışı, partlayıcı maddələr və partlayış işlərilə tanışlıq, təhlükə radiusunun təxmin edilməsi, partlayıcı yükün/maddənin yerləşdirilməsi, partlamamış hərbi sursatların həqiqi partlayışlar vasitəsilə məhv edilməsi işləri və sair əsas mövzulardan ibarət olub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR