AMEA-da yeyinti

AMEA-da yeyinti
16:22 6 Aprel 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin müvafıq qərarında akademiyanın mərkəzi aparatının mövcud strukturu və ştat cədvəli daxilində dəyişiklik edilməsi nəzərdə tutulduğu halda, təsdiq edilmiş ştat cədvəli üzrə ştat vahidlərinin ümumi sayı artılıb.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyət hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, maddi yardımların ödənilməsi ilə bağlı vəsait nəzərdə tutulmadığı halda, ayrı-ayrı yerlərdə işçilərə bu məqsədlə vəsait ödənilib, vəsaitlərin təyinatı dəyişdirilib, bəzi işlər faktiki yerinə yetirilməyib.

Audit nəticəsində 18001,3 manat dəyərində əsas vəsaitlərin uçota bərpası təmin edilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu isə arxeoloji qazıntı və kəşfıyyat işləri apararkən mövcud qaydaların tələblərinə tam əməl olunmayıb.

Audit nəticələri üzrə aşkarlanmış nöqsanların aradan qaldırılması üçün 322 904,2 manat məbləğində maddi dəyər uçota alınıb.

İnstitutda nöqsanlara yol vermiş 7 nəfər barəsində müvafiq intizam tənbehi tədbiri görülüb. Ümumi işlər üzrə direktor müavini işdən azad edilib, 1 mühasibə töhmət verilib, baş mühasibə və 1 mühasibə, həmçinin 3 ekspedisiya rəhbərinə xəbərdarlıq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR