300 kürd əsir götürüldü

300 kürd əsir götürüldü
15:26 6 Aprel 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

"Ən-Nusra Cəbhəsi" adlı terrorçu qruplaşmasının üzvləri Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərinin ətraf qəsəbəsində 300 mülki kürd vətəndaşı əsir götürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Əl-Mayadin" telekanalı xəbər yayıb.

Terrorçular onları Əl-Dəna qəsəbəsindən oğurlayıblar. Əsirlərin çoxu uşaqlardır.

Suriyanın SANA milli agentliyi bildirib ki, Suriya ordusu İdlib şəhərində və onun ətraf qəsəbələrində "nusra" döyüşçülərinin mövqelərini atəşə tutmağa başlayıb. İlkin məlumatlara görə, 200 döyüşçü öldürülüb.

Yüz min əhalinin yaşadığı İdlib şəhəri bu il martın 28-də "Ən-Nusra Cəbhəsi"nin döyüşçüləri tərəfindən tutulub.

Suriya ordusu komandanlığı terrorçu dəstələr ilə beşgünlük sərt döyüşlərdən sonra İdlibdən geri çəkilməyə qərar verib. Hücum ərzində şəhərin yaşayış kvartallarına minlərlə minaatan mərmi və əldəqayrma raket atılıb. Döyüşçülər İdlibi özlərinin paytaxtı elan ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR