Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq
16:28 6 Aprel 2015
526 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 2010-cu il 23 fevral tarixli müvafiq Fərmanı informasiya kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə böyük töhfə olub.
Dövlət başçısının yeni Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu sistemdən faydalana biləcək. Nəticədə adı çəkilən dövlət qurumu üçün zəruri olan məlumatların qısa müddət ərzində, elektron formada əldə edilməsi təmin olunacaq.
TQDK və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında onlayn rejimdə aparılan məlumat mübadiləsi təkcə “Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə məhdudlaşmayacaq. Belə ki, ali məktəblərə ərizə qəbulu prosesində hərbi xidmətdən möhlət hüququ olan vətəndaşlara dair məlumatların mübadiləsi və dəqiqləşdirilməsi məqsədilə iki qurumun informasiya sistemləri inteqrasiya edilib. Hazırda bu mübadilə pilot rejimində həyata keçirilir. Gələcəkdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq məlumat bazaları zənginləşdikcə hərbi xidmətdən möhlət hüququ olan oğlan abituriyentlər də Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən elektron ərizələrini özləri təsdiqləyə biləcəklər.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~RUhCF

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seferberlik_ve_Herbi_Xidmete_CHagiris_uzre_Dovlet_Xidmeti_Telebe_mezun_dovlet_elektron_melumat_sistemine_qosulacaq-843898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR