Müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri şəbəkəsi genişləndiriləcək

Müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri şəbəkəsi genişləndiriləcək
16:33 6 Aprel 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də imzaladığı Sərəncamla təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ilə bağlı bir sıra məsələlər öz əksini tapıb.
DBNX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, Tədbirlər Planına Respublika Baytarlıq Laboratoriyasının yenidən qurulması, zona baytarlıq laboratoriyalarının müasir standartlara uyğunlaşdırılması, rayon baytarlıq idarələrinin avadanlıq və preparatlarla təchizatının yaxşılaşdırılması, mobil səyyar baytarlıq sanitariya ekspertiza laboratoriyalarının alınması, Beynəlxalq Epizootik Büronun standartları əsasında heyvanlarda brusellyoz xəstəliyinə qarşı mübarizə proqramının tətbiqinin davam etdirilməsi kimi vacib məsələlər salınıb.
Y.Həsənov Tədbirlər Planında müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri şəbəkəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu da deyib: “Müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri şəbəkəsi genişləndiriləcək. Heyvan kəsiminə nəzarəti Dövlət Baytarlıq Nəzarəti Xidməti həyata keçirir və bu şəbəkələrə nəzarət daim olmalıdır”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muasir_teleblere_cavab_veren_heyvan_kesimi_menteqeleri_sebekesi_genislendirilecek-843904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR