Lənkəranda artilleriya mərmisi tapılıb - FOTOSESSİYA

Lənkəranda artilleriya mərmisi tapılıb - FOTOSESSİYA
16:37 6 Aprel 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 16:29 ]


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda artilleriya mərmisi aşkar edilib. APA-nın cənub bürosunun məlumatına görə, aprelin 6-da rayonun İstisu qəsəbəsində “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyasında becərmə işləri aparılarkən fəhlələr sovet dövründən qalma artilleriya mərmisi aşkarlayıblar.

 

Təsərrüfat rəhbərliyi dərhal təhlükəli tapıntı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə müraciət edib. Qısa müddətdə FHN-nin Cənub Regional Mərkəzinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Daxili Qoşunların əməkdaşları hadisə yerinə gələrək təhlükəsizlik tədbirləri görməklə kənar şəxsləri ərazidən kənarlaşdırıblar. 

 

Daha sonra mərmi qumla dolu xüsusi konteynerə qoyularaq zərərsizləşdirilmək üçün ərazidən çıxarılıb.

 

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbəsi üzrə ərazi icra nümayəndəsinin müavini Xanbala Məmmədov bildirib ki, vaxtilə sovet ordusunun təlim bazasına gedən yol mərmi tapılan ərazidən keçib. Ehtimal olunur ki, mərmi də məhz həmin dövrdə əsgərlər tərəfindən bu əraziyə atılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR