Elektron Təhlükəsizlik Mərkəzi smartfon istifadəçilərinə növbəti xəbərdarlığını edib

Elektron Təhlükəsizlik Mərkəzi smartfon istifadəçilərinə növbəti xəbərdarlığını edib
16:38 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi smartfon istifadəçilərinə növbəti xəbərdarlığını edib.
Mərkəzin rəsmi internet səhifəsində yaydığı xəbərə görə, smartfondan istifadə edənlər barələrində bir sıra məlumatlar, o cümlədən tez-tez olduğu məkanlar haqqında olan informasiyalar üçüncü tərəfə ötürülə bilər. Bu fakt Karnegi Mellon Universiteti tədqiqatçılarının apardığı son araşdırmalar nəticəsində aşkarlanıb. Araşdırmalardan sonra məlum olub ki, bir çox tətbiqetmələr istifadəçilərin olduğu məkanla bağlı məlumatları qısa zaman aralığında müntəzəm olaraq, toplayaraq üçüncü tərəfə ötürür. Smartfon istifadəçilərinin olduqları məkan müəyyən tətbiqetmələr vasitəsilə son 14 gün ərzində 5,398 dəfə üçüncü tərəfə paylaşılıb.
Qeyd edək ki, “Android” qurğusu üçün olan bəzi tətbiqetmələr hər 3-cü dəqiqədə istifadəçinin hərəkətlərini izləyir. Mütəxəssislərin fikrincə, əgər istifadəçinin gizliliklə bağlı şübhələri varsa, o, mobil qurğusunun gizlilik sazlamalarından tətbiqetmələri məhdudlaşdıra bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_Tehlukesizlik_Merkezi_smartfon_istifadechilerine_novbeti_xeberdarligini_edib-843906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR