Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsinə qatılmayacaq
16:52 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 16:47 ]


 

Bakı. Cavid Zeynallı – APA. Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək. “Eurovision”un mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: “Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”də iştirak etməyəcək”.

 

Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqəədə iştirak edəcəyini açıqlamışdı.  

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR