Poroşenko referendum istəyir

Poroşenko referendum istəyir
17:01 6 Aprel 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqindəki separatçı əyalətlərə böyük səlahiyyətlər verilməsi ilə bağlı referendum keçirilməsinə qarşı olmadığını bildirib.

ANS PRESS-in məlumatına görə, o, Konstitusiyaya düzəliş edilməsi ilə bağlı təşkil olunan xüsusi komissiya üzvləri ilə bu gün keçirdiyi görüşdən sonra söyləyib ki, əgər komissiya bunu lazım bilsə, o referenduma qarşı çıxmayacaq.

Prezident deyib: "Mən Rusiyanın təkid etdiyi federasiya ideyasını qəbul etmirəm. Təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinin həlli mərkəzi hakimiyyətin əlində olacaq. Rus dilinə ikinci dövlət dili statusunun verilməsinin əleyhinəyəm. Ukrayna dili vahid dövlət dili olub, belə də qalacaq."
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR