Bakı Şəhər Təcili Tibbi Yardım avtobazasında çalışan 9 işçi cəzalandırılıb

Bakı Şəhər Təcili Tibbi Yardım avtobazasında çalışan 9 işçi cəzalandırılıb
17:02 6 Aprel 2015
259 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhər Təcili Tibbi Yardım avtobazası tərəfindən nöqsanlara yol verən 9 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb.
"Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Belə ki, avtobaza tərəfindən bir texnikə şiddətli töhmət, baş mühasibə, bir şöbə rəisinə, qaraj rəisinə, anbar müdirinə, bir mühəndisə və bir mühasibə töhmət, bir şöbə rəisinə və baş mühəndisə xəbərdarlıq elan edilib. 
Hesabata əsasən, avtobaza tərəfindən büdcə vəsaiti üzrə proqnozlar tərtib edilərkən mövcud qanunvericilik aktlarının və qaydaların bir sıra tələbləri gözlənilməyib, avtobazanın cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Eyni zamanda, bir neçə halda müvafiq normativ aktların tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, artıq vakant ştatlar saxlanılaraq əmək haqqı proqnozlaşdırılıb və xərc smetalarında nəzərdə tutulmadığı halda vakant vəzifələr hesabına işçilərin əmək haqlarına əlavələr ödənilib.
Nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Bakı Şəhər Təcili Tibbi Yardım avtobazası tərəfindən 6618,1 manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, artıq saxlanılan 2 ştat vahidi ixtisar edilib.
Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/baki-seher-tecili-tibbi-yardim-avtobazasinda-calisan-9-isci-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR