Avstriyalı mütəxəssis Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutunda

Avstriyalı mütəxəssis Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutunda
17:03 6 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Avstriyalı mütəxəssis doktor Rainier Arndt Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eroziya və Suvarma İnstitutunun əməkdaşları ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tanınmış geofizikin bu elm müəssisəsinə gəlişinin əsas məqsədi Almaniya-Azərbaycan əməkdaşlığı çərçivəsində yerinə yetiriləcək “Böyük Qafqazın dağlıq ərazilərində eroziyaya qarşı inteqrir mübarizə” layihəsi çərçivəsində yerli mütəxəssislərlə görüşmək, onlarla fikir mübadiləsi aparmaqdır. İnstitutun əməkdaşları avstriyalı mütəxəssisi Azərbaycanda eroziya prosesi, onun yayılması, eroziyaya qarşı mübarizə tədbirləri barədə məlumatlandırıblar.
Görüşdə Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli rəhbərlik etdiyi elm müəssisəsində bu istiqamətdə aparılan tədqiqatlar, hazırlanan mübarizə tədbirləri, eroziya xəritələri və fermerlər üçün hazırlanan tövsiyələr barədə ətraflı məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstriyali_mutexessis_Azerbaycan_Milli_Elmler_Akademiyasinin_Eroziya_ve_Suvarma_Institutunda-843923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR