Dövlət idarəsində güclü yanğın. Çəkiliş aparan jurnalistlərə təzyiq edildi

Dövlət idarəsində güclü yanğın. Çəkiliş aparan jurnalistlərə təzyiq edildi
17:05 6 Aprel 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda yanğın olub. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ucar rayon Şöbəsinin inzibati binasında qeydə alınıb. Üç mərtəbəli binanın yuxarı hissəsində başlanan yanğın tezliklə bütün binanı əhatə edib.

Ucar və Göyçay rayonlarının Yanğından Mühafizə Hissələrinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Binada olan şəxslər evakuasiya ediliblər. Yanğın lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ucar rayon Şöbəsinin inzibati binasında baş verən yanğını lentə alan jurnalistlər təzyiqə məruz qalıblar. Özünü tikinti şirkətinin nümayəndəsi kimi təqdim edən və adını açıqlamayan şəxs jurnalistlərin həmin yerdə çəkiliş aparmasına mane olub. Onları ərazidən uzaqlaşdırmağa çalışıb. Həmin jurnalistlərin arasında Region TV-nin əməkdaşı da olub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR