Şaxta iflic etdi (VİDEO)

Şaxta iflic etdi (VİDEO)
15:26 9 Yanvar 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Şaxtalı hava bir çox ölkələrdə həyatı iflic edib.

ANS TV-nin məlumatına görə, qonşu Türkiyədə şaxtalı və qarlı hava həyatı iflic edib. İstanbulda havanın temperaturu mənfi 4 dərəcəyə enib. İstanbul Böyük Şəhər Bələdiyyəsi yollarda buzlaşma ilə əlaqədar yol- nəqliyyat qəzalarının qarşısını almaq üçün yollara duz səpimi işinə başlayıb. Magistral yollarda quraşdırılan rəqəmsal lövhələrdə sürücülərə buzlaşma ilə bağlı xəbərdarlıq edilir.

Paytaxt Ankara isə ötən gecə qış fəslinin ən soyuq gecələrindən birini yaşayıb. Şəhərdə temperatur mənfi 18 dərəcəyə çatıb. Yollar buz bağlayıb, fəvvarələr, avtomobillərin və evlərin pəncərə şüşələri donub. Ankara Bələdiyyəsinin işçiləri yollara duz səpməyə başlayıb.

Qarlı və şaxtalı hava şəraiti Amerika Birləşmiş Ştatlarında da fəsadlar törədib. Çovğun ilə əlaqədar ölkə boyunca bir çox ştatlarda məktəblər tətil elan edib. Artıq 4-cü gündür qeydə alınan anomal soyuqlar Çikaqoda vəziyyəti lap gərginləşdirib. Burada temperatur 0 dərəcədən də aşağı düşüb. İllinoys ştatında 13 dərəcə şaxta qeydə alınıb.Nyu-Yorkda temperaturun mənfi 7 dərəcədir. Paytaxt Vaşinqtonda isə şaxtalı hava fəvvarələri dondurub. Nyu-Hempşir ştatında onlarla məktəb bağlanıb. Ştatın şimalında 20 dərəcə şaxta qeydə alınıb.

Yaxın Şərqi qəfil yaxalayan çovğun, əksər əraziləri ağ örtüyə bürüyüb. Ramallahda uşaqlar küçələrə axışaraq, qar topu oynayıb. Yollarda qar kürüyən maşınlar nəqliyyatın intensiv hərəkətini təmin etmək üçün yolları təmizləyib. Müharibədən əziyyət çəkən Qəzza zolağında İsrail raketlərinin dağıtdığı evlərin 16 min sakini şaxtalı havada BMT-nin tabeçiliyində olan məktəblərdə qalıb. Fermerlər yetişdirikləri məhsulları şaxtadan qorumaq üçün istixanaların təmirinə başlayıb.

İordaniyanın Zatari Qaçqın düşərgəsində bu yaxınlarda baş vermiş daşqından sonra 300 qaçqın təhlükəsiz sığınacaqlara yerləşdirilib. Qaçqınlar öz gücləri hesabına selin və qarın ziyan vurduğu çadırları bərpa etməyə çalışır. Şaxtalı havada İordaniyada 1.4 milyon suriyalı qaçqınlar çovğundan qorunmaq üçün sığınacaqlara yerləşdirilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR