Lənkəranda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ağır yol qəzası Ələt-Astara magitralının 199-cu km-də,yolun, Lənkəran şəhəri ərazisindən keçən hissəsində axşam saatlarında baş verib.
Lənkəran şəhər sakini Ceyhun Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən piyada, rayonun Şilavar kənd sakini, 52 yaşlı Lətif Abbasov onun yoluna çıxıb.
Nəticəsində avtomobilin qabaq hissəsinə çırpılan Lətif Abbasov, həmçinin sürücünün yanında əyləşən 3 yaşlı oğlu Əli Məmmədov qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, 3 yaşlı Əli az sonra xəstəxanada keçinib. Digər yaralının vəziyyəti orta-ağır olaraq qalmaqdadır.
Qəzanın başvermə səbəbləri keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırma aparılır. Mənbə
ANS PRESS: Esmira İsmayılova