​Azərbaycan ABŞ-dan quş ətinin idxalını dayandırıb

​Azərbaycan ABŞ-dan quş ətinin idxalını dayandırıb
16:07 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan ABŞ və bir sıra Avropa ölkələrindən quş ətinin idxalına qadağa qoyub. Həmin ölkələrdə həm yüksək, həm də alçaq patogenli H5N2 "quş qripi" olduğu üçün quş ətinin idxalına müvəqqəti icazə verilmir. Bunu "Report"a Bunu Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. 
O, deyib ki, ABŞ ilə yanaşı, Almaniya, Hollandiya, Böyük Britaniyadan da gətirilən quş ətinə bu qadağa tətbiq edilib.
"Bu, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) qərarları əsasında baş tutur. Onun qərarları bütün dünya ölkələrində, eləcə də Azərbaycanda icra edilir. Ancaq baytarlıq-sanitariya işləri aparılandan, epizootik vəziyyət düzələndən, gərginlik tam qalxandan, habelə monitorinqlərdən sonra - axırıncı quşun tələf olmasından azı 6 ay sonra, həmin ərazidən quş gətirilməsinə icazə verilə biləcək", - deyə Y.Xanvəli bildirib.
Qeyd edək ki, 2014-cü ildə ölkəyə 300 ton quş əti idxal edilib. Hazırda ancaq iki ölkədən - Braziliya və Türkiyədən quş ətinə icazə verilir. Azərbaycan damazlıq yumurtaları isə İrandan alır.
Hazırda dünyanın bir çox ölkələrində "quş qripi" geniş yayıldığı üçün bu ətin idxalına qadağa qoyulur. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-abs-dan-qus-etinin-idxalini-dayandirib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR