THY İdarə Heyətinin sədri istefa verib

17:12 6 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 17:08 ]


Bakı, Ülkər Bəkirli– APA. Türk Hava Yolları (THY) İdarə Heyətinin sədri Hamdi Topçu vəzifəsindən istefa verib. APA-nın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, H.Topçunun istefa səbəbi ictimaiyyətə açıqlanmayıb.

 

İdarə Heyəti rəhbəri vəzifəsinə isə İnvestisiya Agentliyinin rəhbəri İlker Aycının gələcəyi bildirilir. 
  
Qeyd edək ki, H.Topçu bu vəzifəyə 2010-cu ildə təyin olunub. O, bu vəzifədə Candan Karlıtekini əvəzləyib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR