Bakıda qadın şəri, tamahı və cinayəti

Bakıda qadın şəri, tamahı və cinayəti
17:12 6 Aprel 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Bakıdakı cinayətlərin çoxu tamahla bağlıdırsa, onlar arasında qisas və hisslərdən doğan əməllər də çox olur
Qadının qisası yaman olduğu kimi, qurbanına da aman vermir. Bakıda ötən gün cavan xanıma qarşı cinayət törədilib. Yasamal rayonu, Hüseyn Cavid prospekti 37 saylı binanın qarşısında 24 yaşlı Vüsalə Şükürova öz həmcinslərinin hücumuna məruz qalıb.

Gecə saat 01 radələrində Vüsaləni onunla eyni ünvanda yaşayan 25 yaşlı Aytən Əhmədova və 38 yaşlı Pərvanə Ələkbərova döyüb. Qadınlar onu döyəndən sonra çantasını əlindən alıblar. V.Şükürova başına gələnlərlə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edib.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/333124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR