Bakının daha bir 8 zolaqlı yolu olacaq (VİDEO)

Bakının daha bir 8 zolaqlı yolu olacaq (VİDEO)
16:26 6 Aprel 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Avtovağzalın qarşısında bir müddət əvvəl təmir işləri başlayan küçədə artıq işlər yekunlaşmaq üzrədir.

AnS TV-nin məlumatına görə, əvvəllər Biləcəri enişindən Rəşid İsmayılov küçəsinə daxil olan zaman böyük sıxlıq vardı. Buna görə də həmin ərazidə yenidənqurma işləri böyük sürətlə davam etdirilir. Ərazidə olan Natəvan küçəsindən Avtovağzal dairəsinə qədər olan hissə 3 hərəkət zolağından ibarət olacaq. Avtovağzal dairəsindən Biləcəri enişinə qədər olan hissədə isə iki zolaqlı yol salınacaq. Həmin zolağın eni 7,5 metr olacaq ki, həmin zolaqdan yalnız avtobuslar istifadə edə biləcəklər. Bu ərazidə həmçinin avtobus dayanacaqları da inşa olunacaq. Əraziyə bir qat asfalt-beton örtük döşənəcək. Burada yerləşən dairənin diametri 34 metrdən 22 metrə qədər kiçildilib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, 4 zolaqdan ibarət olan yol daha da genişlənəcək və 8 zolaqdan ibarət olacaq. Çünki, həmin yerdə həmişə tıxac yaranırdı. Bu isə əməlli başlı problem yaradırdı.

Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması işləri aparılır. İşlərin isə yaxın vaxtlarda tamamlanacağı bildirilir.

Mənbə
ANS TV, Hürü Əliyeva



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=336185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR