İcra başçısının müavini, şöbə müdiri və böyük məsləhətçi işdən çıxarılıb

17:27 6 Aprel 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesabata əsasən, 2 halda satınalamalar üzrə mövcud qanunvericiliyin tələblərinə əməl edilməyərək satınalma prosedurları keçirilmədən layihə-smeta sənədlərinin hazırlanmasına vəsait xərclənib, tikinti-quraşdırma işlərinin birbaşa müqavilələrlə yerinə yetirilməsinə müvafiq icazənin olmadığı və vəsait ayrılmadığı halda 6 obyekt üzrə satınalma müqavilələri bağlanılıb, podratçıların ixtisas göstəriciləri araşdırılmayıb.
RİH-dən Hesablama Palatasına mövcud normativ aktların tələbləri pozularaq avans təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlərin surəti təqdim edilmədən 6 obyekt üzrə podratçı təşkilata avans ödənilib. Ümumilikdə altı obyekt üzrə 13042,1 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, on obyekt üzrə yerinə yetirilməyən 31034 manat məbləğində tikinti işlərinin yerinə yetirilməsi, malların (işlərin, xidmətlərin) satınalınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam əməl olunması bildirilib.
Hesabatda o da qeyd olunub ki, işində nöqsanlara yol verən 3 nəfər, o cümlədən RİH başçısının müavini, bir şöbə müdiri və bir böyük məsləhətçi tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/i-cra-bascisinin-muavini-sobe-mudiri-ve-boyuk-meslehetci-isden

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR