Sabah bu rayonlarda su olmayacaq

Sabah bu rayonlarda su olmayacaq
17:31 6 Aprel 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah bakının bəzi rayonlarında içməli suyun verilməsində fasilələr olacaq.

“Azərsu” ASC-dən ANS PRESS-ə verilən məllumata görə, 7 aprel tarixində saat 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Fasilələrin yaranması “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=336198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR