Məşhur azərbaycanlılar Moskva səhnələrində

Məşhur azərbaycanlılar Moskva səhnələrində
17:33 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Moskva, 6 aprel, AZƏRTAC
Aprelin 5-də Moskvada, P.İ.Çaykovski adına Konsert Salonunda “Zolotıye qolosa Rossii” adlı konsert olub. Konsertdə Azərbaycanın Əməkdar Artisti, Böyük Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı Elçin Əzizov (bariton) və Böyük Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı Veronika Cioyeva (soprano) çıxış ediblər. Solistlər dirijor Feliks Korobovun rəhbərlik etdiyi “Novaya Rossiya” Dövlət Simfonik Orkestrinin müşayiəti ilə rus və Avropa bəstəkarları Verdi, Puççini, Çilea, Ponkyelli, Katalani, Borodin, Çaykovski və Raxmaninovun operalarından duetlər və ariyalar ifa ediblər. Tamaşaçılar məşhur həmvətənimiz Elçin Əzizovun parlaq çıxışını gurultulu alqışlarla qarsalayıblar.
Ötən həftənin istirahət günlərində digər həmvətənimiz, Sankt-Peterburqdakı Mariya teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, 2013-cü ildə mədəniyyət sahəsində gənclər üçün Azərbaycan Prezidenti mükafatı laureatı Teymur Əsgərov böyük teatrın səhnəsində ilk dəfə “Məhəbbət əfsanəsi” baletindən Fərhadın partiyasını ifa edib. Xatırladaq ki, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, “Heydər Əliyev” ordenli Arif Məlikovun bu teatrın səhnəsində ilk dəfə 1965-ci ildə göstərilmiş bu balet keçən il SSRİ Xalq artisti Yuri Qriqoroviçin xoreoqrafik tərtibatında Böyük Teatrın tarixi səhnəsinə qayıdıb.
Yeri gəlmişkən, bizim bilicilərin “Nə? Harada? Nə vaxt?” intellektual oyununun bahar seriyasının üçüncü turunda qələbəsini də qeyd etmək lazımdır. Balaş Qasımovun komandası televiziya tamaşaçılarına qarşı uğurla çıxış edib. Bu komandada daha bir məşhur azərbaycanlı – “Büllur bayquş” mükafatına layiq görülmüş Rövşən Əsgərov da çıxış edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meshur_azerbaycanlilar_Moskva_sehnelerinde-843935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR