Ev qiymətinə telefon (FOTO)

Ev qiymətinə telefon (FOTO)
17:36 6 Aprel 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

"Apple"şirkətinin məhsulu olan iPhone modelləri istehsalçılar tərəfidnən ən çox gözlənilən smartfonlardandır. Müntəzəm olaraq yeni modelləri isə istifadəçiləri sevindirən şirkətin bəzi telefonları ev qiymətinə olub.

Lakin buna səbəb onların hər hansı texnoloji üstünlüyünün olması yox, qızıl, briliyant kimi daş-qaşlarla bəzədilməsidir.

Belə bahalı telefonlardan biri də ebaydan satışa çıxarılıb. Onun qiyməti isə 95 min dollardır. Bu telefonun özəlliyi onun daş-qaşlı olmasında deyil.

Məsələ ondadır ki, satışa çıxarılan bu iPhone Stiv Cobs tərəfindən 2007-ci ildə tanıdılan ilk iPhone-lardandır. Telefon təqdim edildiyi gündən sonra qutusundan belə çıxarılmayıb.

Ev qiymətindən də baha olan telefonun yanında o zaman sadəcə 100 ədəd istehsal edilən "iPod Nano Black Edition" hədiyyə verilir.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR