“Şahin” hərbi–idman oyunu üzrə Bərdə rayon birinciliyinin qalibləri müəyyənləşib

“Şahin” hərbi–idman oyunu üzrə Bərdə rayon birinciliyinin qalibləri müəyyənləşib
17:38 6 Aprel 2015
390 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 6 aprel, AZƏRTAC
Bərdə şəhər 4 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda zona mərhələsinin qalibi olmuş 6 məktəbin komandaları iştirak edib. Yarış iştirakçıları sıra hazırlığı, fiziki hazırlıq, əleyhqazdan istifadə, turnikdə dartınma, mülki müdafiə hazırlığı və digər mərhələlərdə qüvvələrini sınayıblar. Daha yaxşı oyun nümayiş etdirən rayonun Gərənə, Yeni Daşkənd və Qaradırnaq kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüb.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları təqdim edilib.
Hərbi idman oyunlarında birinci yeri tutmuş Gərənə kənd tam orta məktəbinin komandası Goranboyda keçiriləcək respublika birinciliyinin zona mərhələsində Bərdə rayonunu təmsil edəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahin_herbi_idman_oyunu_uzre_Berde_rayon_birinciliyinin_qalibleri_mueyyenlesib-843938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR