Bakı-2015-in bədii rəhbəri yunandır

Bakı-2015-in bədii rəhbəri yunandır
17:41 6 Aprel 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

Bu il iyulun 12-dən 28-dək Azərbaycan paytaxtında baş tutacaq Birinci Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimləri Afina-2004 Olimpiya Oyunlarının mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi ilə təşkil olunacaq.

ANS PRESS-in məlumatına görə, D.Papaioannou deyib ki, bu onun son üç ildə hazırladığı ən mühüm tədbirdir. Biz şounun zəngin və rəngarəng olmasına xüsusi fikir veririk. Bu, son üç ildə məşğul olduğum ən əhəmiyyətli tədbirdir. Mənim üçün əsas məsələ gözəl və arxitekturaya uyğun şou yaratmaqdır. Bu bizim əsas prinsipimizdir, həmçinin iştirakçılar üçün çox vacibdir. Məqsədimiz möhtəşəm şou hazırlamaqdır.

Onun sözlərinə görə, orkestr işləri artıq tamamlanmaq üzrədir. Könüllülərin Oyunlara həvəsi, enerjisi məni heyran edir. Məşqlərin intensivliyi yorğunluq yaratsa da, insana unudulmaz hisslər bəxş edir.

"Azərbaycan" qəzeti Bakı-2015 Avropa Oyunlarına hazırlıq prosesi ilə bağlı "Tamaşaçıları əsl şou" gözləyir başlıqlı yazıda deyilir: "Görülən işlər bir daha təsdiq edir ki, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı ilk Avropa Oyunlarının təşkilində nümunə göstərəcək. Diqqət mərkəzində olacaq məqamlardan biri də tədbirin açılış və bağlanış mərasimləridir."









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR