Dünya fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qaliblərinin müsabiqədənkənar qəbuluna başlanıb

17:42 6 Aprel 2015
175 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 17:39 ]


Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna başlayıb.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Təhsil haqqında” Qanunun maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər müvafiq sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə,Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Bunlara ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir.

 

1-30 aprel tarixlərdə - I, II, III və IV qruplar, 5 – 18 may tarixlərdə isə V qrup üzrə sənədlər təqdim edilməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.

 

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR