2015-ci ilin Dünya Sağlamlıq Günü: qida məhsullarının təhlükəsizliyi

2015-ci ilin Dünya Sağlamlıq Günü: qida məhsullarının təhlükəsizliyi
17:43 6 Aprel 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Qida mənşəli xəstəliklərin ziyanı haqqında yeni məlumatlar təhlükəli qida məhsullarının doğurduğu qlobal təhdidləri və bütün qida məhsulları təchizatı sistemini əhatə edən transsərhəd fəaliyyətinin DST-ya uyğun əlaqələndirilməsinin zəruri olduğunu vurğulayır. DST Dünya Sağlamlıq Gününü qida məhsullarının təhlükəsizliyi mövzusuna həsr edəcək.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Dünya Səhiyyə Günü aprelin 7-də qeyd olunacaq. Bununla əlaqədar, DST diqqəti “Fermadan boşqaba qədər – qida məhsullarını təhlükəsiz etmək!” şüarı ilə qida məhsullarının təhlükəsizliyi sahəsində problemlər və imkanlar üzərində cəmləyir.
DST-nin baş direktoru Marqaret Çen deyib: “Qida məhsullarının istehsalı sənaye üsuluna söykənir, alğı-satqısı qlobal səviyyədə baş verir. Eyni zamanda qida məhsullarını zərərli bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə çirkləndirmək üçün çoxsaylı yeni imkanlar yaranır.
Doktor Çen deyib: “Qida məhsullarının təhlükəsizliyi ilə bağlı yerli problem sürətlə genişlənərək beynəlxalq səviyyədə fövqəladə vəziyyətə çevrilə bilər. Bir boşqabda və ya bir qablaşdırmada bir çox ölkələrdən inqrediyentlər olanda qida mənşəli xəstəliklərin araşdırılması xeyli çətinləşir.
Təhlükəli qida məhsullarında zərərli bakteriyalar, parazitlər və kimyəvi maddələr ola bilər. Bunlar ishaldan tutmuş xərçəng xəstəliyinə qədər 200-dən çox xəstəlik törədə bilər. Kifayət qədər yaxşı bişirilməmiş heyvan mənşəli məhsulları, nəcislə çirklənmiş meyvə və tərəvəzi, tərkibində dəniz biotoksinləri olan molyuskları təhlükəli məhsullara nümunə göstərmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilin_Dunya_Saglamliq_Gunu_qida_mehsullarinin_tehlukesizliyi-843943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR