Avropa Oyunlarında turistlərə "saxta dollar sürprizi" hazırlayan xarici vətəndaşlar tutuldular

Avropa Oyunlarında turistlərə "saxta dollar sürprizi" hazırlayan xarici vətəndaşlar tutuldular
17:57 6 Aprel 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda saxta əskinas dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Afrika əsilli, Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları öncəsi çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq, saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Faktla bağlı Baş idarənin İstintaq şöbəsində cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/333130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR