​Bolqarıstan Türkiyə ilə sərhəddə 160 km-lik divar tikməyi planlaşdırıb

​Bolqarıstan Türkiyə ilə sərhəddə 160 km-lik divar tikməyi planlaşdırıb
17:57 6 Aprel 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Bolqarıstan hakimiyyəti Türkiyə ilə sərhəddə maneə divarının uzunluğunu 160 kilometrə çatdırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu haqda Türkiyənin NTV kanalı məlumat yayıb.
Belə ki, Bolqarıstan "Şengen müqviləsi"nə üzv olmaq istəyir. Bu səbəbdən də Türkiyədən ölkəyə qanunsuz yolla keçmək istəyənlərin qarşısını almaq üçün sərhəd-divar maneləri tikir.
Məlumatda bildirilib ki, sərhəddə qaçaqların yolu yalnız divarla kəsilməyəcək, həm də sərhəd-divarda hər 100 metrdən bir mühafizə postu olacaq.
Xatırladaq ki, Bolqarıstan 2007-ci ildən Avropa İttifaqının üzvü olsa da, "Şengen qrupu"na daxil ola bilməyib. Bolqarlar 2013-cü ilin noyabrında 32 kilometr uzunluğunda sərhəd-divarın tikintisinə başlayıb. Həmin divarın tikintisi isə 2014-cü ilin sentyabrında yekunlaşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/bolqaristan-turkiye-ile-serhedde-160-km-lik-divar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR