Misir fərdi turistlər üçün vizaların tətbiqini başqa vaxta keçirib

Misir fərdi turistlər üçün vizaların tətbiqini başqa vaxta keçirib
18:08 6 Aprel 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+


Qahirə, 6 aprel, AZƏRTAC
Misirin hakimiyyət orqanları elektron viza sistemi işə salınana qədər fərdi turistlər üçün vizaların tətbiqini başqa vaxta keçirməyi qərara alıb. Misir KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, əlaqədar dövlət müəssisələri və turizm şirkətləri arasında çoxsaylı görüş və intensiv məsləhətləşmələrdən sonra fərdi turistlərə Misir sərhədindən keçməyin yeni qaydalarının tətbiq edilməsi tarixinin başqa vaxta keçirilməsi barədə qərar qəbul edilib. Bildirilir ki, Misir elektron vizalar sistemini mümkün qədər tez işə salmağı planlaşdırır.
Xatırladaq ki, bundan əvvəl Qahirə əcnəbi turistlərin ölkə ərazisinə girməsi üçün viza almaq qaydalarının dəyişdiriləcəyini elan edib. Məsələn, mayın 15-dən başlayaraq, Misirdə fərdi qaydada səyahət edən bütün turistlər öz ölkəsindəki Misir konsulluğundan irəlicədən viza almalı idilər. Bu tədbir turist qruplarına və mütəşəkkil şəkildə yollayışlarla gələnlərə şamil olunmurdu.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_ferdi_turistler_uchun_vizalarin_tetbiqini_basqa_vaxta_kechirib-843951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR