Avropa oyunları ərəfəsində həbslər

Avropa oyunları ərəfəsində həbslər
18:11 6 Aprel 2015
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda saxta əsginas dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Afrika əsilli, Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları öncəsi çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq, saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Faktla bağlı Baş idarənin İstintaq şöbəsində cinayət işi başlanıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR