Aşbazla kafe rəhbəri arasında qarşıdurma (VİDEO)

Aşbazla kafe rəhbəri arasında qarşıdurma (VİDEO)
15:41 9 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtdakı kafelərin birində aşbazla rəhbərlik üz-üzə gəlib. Tərəflər arasında narazılığın yaranmasına səbəb isə birincinin iaşə obyekinə səhm yatırmasını iddia etməsi, ikincinin isə bunun absurd olmasını bildirməsidir.

ANS TV-nin məəlumatına görə, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yaşayan Mircamal Abbasovun şikayəti paytaxtda yerləşən “Nargilə” kafesinin indiki sahibi Sadiq Məmmədovdandır. Deyr ki, 15 ildir ki, iaşə obyektində aşbaz işləyib. Bu müddətdə kafenin əvvəlki sahibi Sakit Məmmədovla da çiyin-çiyinə işləyib. Ancaq bundan sonra kafeyə səhm yatırıb. Günlərin bir günü Sakit Məmmədov dünyasını dəyişir. Bundan sonra Mircamalı yola gətirirlər ki, o səhmlərini Sakit bəyin ailəsinə bağışlasın. Mircamal bəy də razılaşır. Buna görə səhmlərin bağışlanmasına dair sənədlərə imza da çəkib. Ancaq bir şərtlə ki, ona bunun qarşılığında maddi vəsait ödənilsin. Lakin mərhum Sakit Məmmədovun oğlu Sadiq ona hər hansı bir maddi vəsait verilməsindən imtina edir.

“Obyekt özəlləşəndən sonra, mən ora 5 ədəd səhim, yəni öz əmlak çekimi vermişəm. Bundan sonra obyekt özəlləşdi. Mən ondan sonra - 2003-cü ildə öz xahişimlə obyektdən çıxdım” – deyə şikayətçi Mircamal Abbasov bildirib.

Sadiq Məmmədovun özü isə Mircammal Abbasovun kafedə sadəcə işçi olduğunu deyib.

Hüquqşunas isə qeyd edib ki, istənilən halda Mircamal Abbasov kağız üzərində səhmin bağışlanmasına dair sənədə imza atıbsa, onun heç bir hüququ yoxdur ki, obyekt rəhbərliyindən maddi vəsait tələb etsin.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR