​20 Yanvar dairəsində yolun hərəkət hissəsi genişləndirilib

​20 Yanvar dairəsində yolun hərəkət hissəsi genişləndirilib
18:17 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı şəhərinin 20 Yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb. Təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür.
"Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3-cü mikrorayon dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir", - deyə bildirilib.





Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/20-yanvar-dairesinde-yolun-hereket-hissesi-genislendirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR