Britanıya alimləri: İÇV eynən kompüter virusu kimi yayılır

Britanıya alimləri: İÇV eynən kompüter virusu kimi yayılır
18:23 6 Aprel 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
London Universiteti Kollecinin mütəxəssisləri insanın immun çatışmazlığı virusunun (İÇV) və kompüter virusunun yayılması arasında analogiya aparıblar. Hər iki halda virus uzun müddət saxlanılır, özünü büruzə vermir, onu xüsusi vasitələrsiz təmizləmək çox çətin olur. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xüsusi riyazi model alimlərin təxminlərini təsdiq edib.
Adi kompüter viruslar ilə İÇV arasında ümumi cəhətlər çoxdur. İÇV qan sistemində yayılmaqla bərabər, çoxlu miqdarda qan hüceyrəsi yoluxdurur. Kompüter virusları da oxşar sxem üzrə işləyir, qovluqları, faylları zədələyərək, başqa kompüterlərə məlumat göndərir.
Alimlər hesab edirlər ki, əldə olunmuş informasiya İÇV virusunun təbiətini daha yaxşı anlamağa kömək edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniya_alimleri_ICHV_eynen_komputer_virusu_kimi_yayilir-843960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR