Musiqi vasitəsi ilə təbiəti dərk etmək daha asandır

Musiqi vasitəsi ilə təbiəti dərk etmək daha asandır
18:23 6 Aprel 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Alimlər musiqi vasitəsi ilə heyvanları və təbiətin digər möcüzələrini daha asan dərk etməyin mümkün olduğunu bildirirlər.
AZƏRTAC ABŞ-ın “onwardstate.com” xəbər portalına istinadən xəbər verir ki, musiqinin insan təkamülündə oynadığı rol çoxdandır mübahisələrə səbəb olur. Bəzi nəzəriyyələrə görə, musiqi hətta danışıq və dildən əvvəl yaranıb. Mübahisə doğurmayan bir şey var ki, o da musiqinin insanlarda yaratdığı təsirdir.
Penn Steyt universitetinin dosenti Mark Ballora “sonifikasiya” adlanan və informasiyanın təbiətdən götürülərək səsə çevirən proseslə məşğuldur. O bildirir ki, hər kəs eyni janrda musiqini xoşlamır. Lakin elə bir insan tapılmaz ki, hansısa musiqidən xoşu gəlməsin. Alimlər insanın musiqini dərk etməsi və ona qarşı həssas olması barəsində yazırlar. Bizim musiqiyə qarşı təbii həssaslığımızdan istifadə edərək demək olar ki, alimlər işlərində musiqidən istifadə edərlərsə, ondan yalnız faydalana bilərlər.”

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqi_vasitesi_ile_tebieti_derk_etmek_daha_asandir-843959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR