Deputatlar və din xadimləri dini durumu müzakirə edib

Deputatlar və din xadimləri dini durumu müzakirə edib
18:24 6 Aprel 2015
124 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda növbəti regional konfrans işə başlayıb. Komitədən Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək tədbirdə Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, fəal dindarlar, ilahiyyatçılar, həmçinin, Komitənin rəsmiləri və Milli Məclisin deputatları iştirak edirlər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qeyd edib  ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlər həyata keçirilir.

 

Konfransda çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. “Dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artdığı bir zamanda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.

 

Konfransda Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin deputatı Kamilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, tolerantlıq mühitinin qorunub saxlanması, zərərli təbliğatın qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.

Sonra konfrans işini plenar iclaslarda davam etdirib.

 

Aprelin 7-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR