Mübariz Qurbanlı dövlət-din münasibətlərindən danışdı

Mübariz Qurbanlı dövlət-din münasibətlərindən danışdı
18:26 6 Aprel 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

DQİDK-nin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda növbəti regional konfrans işə başlayıb.

ANS PRESS-in Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki gün davam edəcək tədbirdə Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, fəal dindarlar, ilahiyyatçılar, həmçinin, Komitənin rəsmiləri və Milli Məclisin deputatları iştirak edirlər.

Mədəniyyət evində keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açıb. Konfransda çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı ölkədə dövlət-din münasibətlərindən danışıb.

Konfransda Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin deputatı Kamilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov çıxış ediblər. DQİDK sədrinin birinci müavini Səyyad Salahının moderatorluğu ilə keçirilən birinci plenar iclasda “Dini dəyərləri yenidən düşünmək: “tarixilik” və “qloballıq” iddiaları” mövzusunda məruzə dinlənilib, həmçinin, Komitədə hazırlanmış nümunəvi layihənin təqdimatı olub.

İkinci plenar iclasda isə “İslam dünyasında radikalizmin yaranma səbəbləri: tarixilik və müasirlik” və “Dini radikalizmlə mübarizənin metodoloji əsasları” mövzularında məruzələr dinlənilib.

Konfransın birinci günü DQİDK-nin rəsmiləri Zaqatala şəhəri və Əliabad qəsəbəsindəki Cümə məscidlərinə də baş çəkib, həmçinin Bakı İslam Universitetinin Zaqatala filialında olublar. Aprelin 7-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=336192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR