Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, dairədə təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.Paytaxtın 20 Yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb
Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3-cü mikrorayon dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir.
İşlərin qısa müddətdə başa çatdırılacağı gözlənilir.
Milli.Az